Главная > Hadisə > İmişlidə dəfn edilən naməlum şəhidin kimliyi bilindi

İmişlidə dəfn edilən naməlum şəhidin kimliyi bilindi


21-01-2020, 12:42. Разместил: azadses
Ekshumasiya edilən qalıqlar yanvarın 23-də Şəhidlər xiyabanında yenidən dəfn ediləcək
İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olaraq tanınmadan İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqları Azərbaycan  Komissiyanın təşkilatçılığı ilə ekshumasiya olunub. Müvafiq nümunələr götürülüb.
Meyit qalıqlarından və dəfn edilmiş şəxslərin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülmüş nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib. 
Hərbi rituallara uyğun olaraq, həmin şəhidin nəşi ailə üzvlərinin istəyi ilə Yevlax şəhərindəki Şəhidlər xiyabanında 2020-ci il yanvarın 23-də saat 15:00-da dəfn ediləcək.




Вернуться назад