Главная > Hadisə > Fəhlə vəhşicəsinə döyüldü

Fəhlə vəhşicəsinə döyüldü


5-12-2020, 10:51. Разместил: azadses
Mingəçevirdə 36 yaşlı kişi döyülüb.

''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, hadisə  gecə saatlarında 6 saylı orta məktəbin yaxınlığında baş verib. Belə ki, şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Mehman Zöhrab oğlu naməlum şəxs tərəfindən döyülüb. Göz, burun və qol nayihəsindən ağır xəsarət alan M.Məmədov xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, zərərçəkən şəhər bazarlarından birində fəhlə işləyir. İlkin məlumata görə, görüntüsünü icazəsiz sosial şəbəkəyə yerləşdirilməsi onun ciddi etirazına səbəb olub. Görüntüsünün tik-tokdan yığışdırılması tələbini dinləməyən tanıdığı şəxs onu döyərək çoxsaylı bədən xəsarətləri yetirib. //APA

Вернуться назад