Главная > Hadisə > Polkovnik-leytenant vəfat etdi

Polkovnik-leytenant vəfat etdi


6-12-2020, 11:34. Разместил: azadses
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin polkovnik-leytenantı İsmayılov Sadiq Ziyad oğlu dünyasını dəyişib.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, polkovnik-leytenant qəfildən həyata gözlərini yumub.
 
Sadiq İsmayılov uzun müddət Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl, Samux, Ağstafa və Goranboy rayon şöbələrində bölmə rəisi, Ağdaş və Balakən rayonlarında hərbi komissar kimi məsul vəzifələrdə xidmət edib.
 
Bir çox fəxri diplomlarla və medallarla təltif olunub.
 
Allah rəhmət eləsin!

Вернуться назад