Главная > İdman > Messi “Barselona”dan ayrılacaq

Messi “Barselona”dan ayrılacaq


9-01-2021, 09:25. Разместил: azadses
İspaniyanın "Barselona” klubunun prezidenti vəzifəsinə namizədlərdən olan Aqusti Benedito komandanın kapitanın Lionel Messinin gələcəyi ilə bağlı açıqlama verib.
 
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, o, argentinalı futbolçunun "Barselona"dan ayrılacağını düşünür.
 
"Messinin gələcəyi barədə yaxşı xəbər vermək istəyərdim, amma nikbin deyiləm. Leo komandada qalmaq istədiyi barədə söz demədi. Onun ötən mövsümün sonunda komandadan ayrılmaq istədiyini xatırlamalıyıq. Böyük ehtimalla, Messi bu mövsümün sonunda komandanı tərk edəcək", - deyə Aqusti Benedito bildirib.
 
Qeyd edək ki, Messinin İngiltərənin "Mançester Siti" və ya Fransanın PSJ klubuna keçidi gözlənilir.



Вернуться назад