Главная > İdman / Manset > Hakimin nəyə görə Holandan avtoqraf istədiyi bəlli oldu

Hakimin nəyə görə Holandan avtoqraf istədiyi bəlli oldu


9-04-2021, 09:00. Разместил: azadses
Çempionlar Liqasında “Mançester Siti” və Dortmund “Borussiya”sı arasında keçirilən qarşılaşmadan sonra rumıniyalı yan xətt hakimi Oktavian Şovrenin futbolçu Erlinq Holandan avtoqraf almasının səbəbi bəlli olub.
Bu barədə rumıniyalı idman jurnalisti Emanuel Roşu “Twitter” hesabında yazıb.
Arbitr qarşılaşmadan sonra futbolçuya yaxınlaşıb və qeyd dəftərini imzalamasını istəyib. Norveçli hücumçu isə buna etiraz etməyib.
Jurnalist Emanuel Roşu isə bildirib ki, futbolçu autizmli xəstələrə kömək məqsədilə təşkil olunacaq hərracda satılması nəzərdə tutulan vərəqələrə imza atıb.
E.Roşu həmçinin “Barselona”nın hücumçusu Lionel Messinin də rumıniyalı arbitrin niyyətini öyrəndikdən sonra doqquz vərəqəni imzaladığını açıqlayıb.

Вернуться назад