Главная > İdman > Azərbaycanın son beş güləşçisi Avropa çempionatında mübarizəyə qoşulur

Azərbaycanın son beş güləşçisi Avropa çempionatında mübarizəyə qoşulur


24-04-2021, 16:00. Разместил: azadses
Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında mübarizəyə qoşulacaq.
Oxu.Az xəbər verir ki, bu gün daha çox böyüklərin yarışında təcrübəsi az olan güləşçilərimiz mübarizə aparacaq.
60 kq
1/4 final: Murad Bazarov – Qleb Makarenko (Belarus)
67 kq
1/8 final: Namaz Rüstəmov – Mate Nemeş (Serbiya)
72 kq
Təsnifat: Xasay Həsənli – Valentin Petiç (Moldova)
82 kq
1/8 final: Tuncay Vəzirzadə – Mixail Bradu (Moldova)
97 kq
1/4 final: Zamir Məhəmmədov – Balaş Kiss (Macarıstan)
Qeyd edək ki, bu gün eyni zamanda Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanovun (77 kq) bürünc medal qazanmaq şansı var. Taleh Məmmədov isə finalda qızıl medal qazanmağa çalışacaq.

Вернуться назад