Главная > İdman / Manset > Rafael Nadal Olimpiya Oyunlarında iştirakdan imtina etdi

Rafael Nadal Olimpiya Oyunlarında iştirakdan imtina etdi


18-06-2021, 08:13. Разместил: azadses
İspaniyalı tennisçi Rafael Nadal Uimbildon turniri və Tokio Olimpiya Oyunlarında iştirak etməyəcəyini açıqlayıb.

Bu barədə idmançı “Twitter” hesabında yazıb.

“Builki Uimbldon və Tokio Olimpiya Oyunlarında iştirak etməmək qərarı verdim. Asan bir qərar deyildi. Ancaq bədənimi dinləyib komandamla danışdıqdan sonra düzgün qərarın bu olduğunu anladım. Məqsədim ən yüksək səviyyədə savaşmağı davam etdirərək karyeramı uzatmaq və məni xoşbəxt edən şeyi davam etdirməkdir”, - deyə R.Nadal bildirib.


Вернуться назад