Главная > İdman / Manset > Tokio-2020-nin iştirakçıları arasında COVID-19-a yoluxma sayı artıb

Tokio-2020-nin iştirakçıları arasında COVID-19-a yoluxma sayı artıb


24-07-2021, 12:11. Разместил: azadses
Tokio-2020 Yay Olimpia Oyunlarında daha 19 nəfərin koronavirusa yoluxduğu aşkar edilib.

Bu barədə Tokio-2020 Yay Olimpia Oyunlarının Təşkilat Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, COVID-19 testi müsbət çıxan şəxslərdən üçü idmançıdır. Onlar Olimpia oyunları üçün nəzərdə tutulmuş şəhərcikdə qalır.

Digər 16 yoluxma isə texniki işçilər arasında qeydə alınıb. Bu şəxslər də Yaponiyanın paytaxtı Tokioda yerləşən Olimpia kəndində qalırlar.

Xatırladaq ki, ötən gün isə ikisi idmançı olmaqla 12 nəfərin pandemiyaya yoluxduğu aşkar edilmişdi.


Вернуться назад