Главная > İdman / Manset > Avropa Liqası: "Qalatasaray" Şotlandiya klubu ilə üz-üzə gələcək
Avropa Liqası: "Qalatasaray" Şotlandiya klubu ilə üz-üzə gələcək5-08-2021, 19:05. Разместил: azadses |
![]() "Report"un məlumatına görə, Çempionlar Liqasında mübarizəni dayandıran Türkiyə "Qalatasaray"ı qitənin ikinci dərəcəli klub turnirində ilk sınağına çıxacaq. İstanbul təmsilçisi evdə Şotlandiya “Sent Conston”unu sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Şotlandiyanın digər təmsilçisi "Seltik" isə Çexiyada “Yablonets”lə üz-üzə gələcək. Kipr klublarından "Omoniya" evdə Estoniya "Flora"sı, "Anortosis" isə Avstriyada "Rapid"lə münasibətlərinə aydınlıq gətirəcək. Avropa Liqası III təsnifat mərhələsi, ilk oyunlar 18:00. “Kayrat” (Qazaxıstan) - “Alaşkert” (Ermənistan) 19:45. “Yablonets” (Çexiya) - “Seltik” (Şotlandiya) 20:00. “Linkoln” (Cəbəllütariq) - “Slovan” (Bratislava, Slovakiya) 20:00. “Omoniya” (Kipr) - “Flora” (Estoniya) 22:00. “Qalatasaray” (Türkiyə) - “Sent Conston” (Şotlandiya) 22:00. “Mura” (Sloveniya) - “Jalgiris” (Vilnüs, Litva) 22:30. “Rapid” (Vyana, Avstriya) - “Anortosis” (Kipr) Qeyd edək ki, III raundun cavab oyunları avqustun 12-də oynanılacaq. Вернуться назад |