Главная > İdman > İngiltərə Premyer Liqası bu tarixdə bərpa oluna bilər
İngiltərə Premyer Liqası bu tarixdə bərpa oluna bilər28-04-2020, 09:34. Разместил: azadses |
Koronavirusa görə dayandırılmış futbol üzrə İngiltərə Premyer Liqası iyunun 8-də bərpa oluna bilər. “Goal” nəşrinin məlumatına görə, bunu Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman Məsələləri naziri Oliver Dauden bildirib.Onun sözlərinə görə, ən yaxşı ssenaridə 2019/20-ci illər mövsümünün iyunun sonunda başa çatdırılması planlaşdırılır. Mayın 18-də isə komandaların məşq prosesinin başlanacağı gözlənilir. Вернуться назад |