Главная > İdman / Manset > Paralimpiya Oyunları tamaşaçılarsız keçiriləcək

Paralimpiya Oyunları tamaşaçılarsız keçiriləcək


17-08-2021, 13:02. Разместил: azadses
Tokioda keçiriləcək Paralimpiya Oyunları zamanı tamaşaçıların idman arenalarına buraxılmayacağı bildirilib.

Bu barədə turnirin təşkilat komitəsindən məlumat verilib.

Müvafiq qərarın qəbul edilməsinə Yaponiyada epidemioloji vəziyyətin mürəkkəbliyi səbəb olub.

Həmçinin, yalnız idmanın inklüzivliyi proqramı çərçivəsində məktəblilərin yarışlara tamaşa etmələrinə icazə veriləcəyi vurğulanıb.

Qeyd edək ki, Tokio Paralimpiya Oyunları 24 avqust – 5 sentyabr aralığında keçiriləcək.


Вернуться назад