Главная > İdman / Manset > Paralimpiya Oyunları: Azərbaycanın iki cüdoçusu qızıl, biri bürünc medal üçün mübarizə aparacaq - YENİLƏNİR
Paralimpiya Oyunları: Azərbaycanın iki cüdoçusu qızıl, biri bürünc medal üçün mübarizə aparacaq - YENİLƏNİR27-08-2021, 16:19. Разместил: azadses |
![]() Beləliklə, Tokio vaxtı ilə axşam seansında Azərbaycanın iki cüdoçusu – Vüqar Şirinli və Şahanə Hacıyeva final, Namiq Abbaslı bürünc medal görüşünə çıxacaq. Görüşlər Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. 08:29 Daha bir cüdoçumuz finalda mübarizə aparacaq. Şahanə Hacıyeva Viktoriya Potapovanı (Rusiya) ipponla məğlub edərək finala vəsiqə qazanıb. 08:21 Vüqar Şirinli finala çıxıb. O, Aleks Boloqaya (Rumıniya) Golden Score-da vaza-ari xalı ilə qalib gəlib. 07:39 Azəbaycan cüdoçuları Tokio Paralimpiya Oyunlarında mübarizəyə qoşulub. Oxu.Az-ın xəbərinə görə, bu gün dörd cüdoçumuz yarışır. Qadın cüdoçularımızdan Şahanə Hacıyeva (-48 kq) meydan sahibi idmançısı Şizuka Hanqaya (Yaponiya) ipponla qalib gəlib. Bəsti Səfərova (-52 kq) Yui Fucivara (Yaponiya) ilə qarşılaşıb və məğlub olub. O, bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. Kişi cüdoçularımızdan Vüqar Şirinli (-60 kq) Rəcəp Çiftçini (Türkiyə) məğlub edərək yarımfinala vəsiqə qazanıb. Namiq Abbaslı (-66 kq) 1/4 finalda Serxio İbanyes Banona (İspaniya) uduzub. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq. Səbuhi Musayev Вернуться назад |