Главная > İdman / Manset > Paralimpiya Oyunları: İlham Zəkiyev bürünc medal üçün güləşəcək - YENİLƏNİR
Paralimpiya Oyunları: İlham Zəkiyev bürünc medal üçün güləşəcək - YENİLƏNİR29-08-2021, 11:03. Разместил: azadses |
![]() Beləliklə, bu gün cüdonun axşam seansında Dürsədəf Kərimova final, İlham Zəkiyev bürünc medal görüşünə çıxacaq. Görüşlər Bakı vaxtı ilə saat 11:00-dan etibarən başlayacaq. 08:02 Dürsədəf Kərimovanın yarımfinalda Meq Emerişlə (Braziliya) görüşü gərgin alınıb. Hər iki idmançı vaza-ari xalı qazanıb. Lakin sonra Dürsədəf rəqibini ippona salaraq finala yüksəlib. O, finalda Zarina Baybatina (Qazaxıstan) ilə qarşılaşacaq. Bu isə o deməkdir ki, Azərbaycan nəticədən asılı olmayaraq, Paralimpiya Oyunlarında 11-ci medalı özünə təmin edib. 07:37 İlham Zəkiyev son illərdəki uğursuzluğunu davam etdirib. 41 yaşlı idmançımız 1/4 finalda Qvanq-qeun Çouya uduzaraq qızıl medal qazana bilməyib. O, bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq. Onun rəqibi Teador Suba (Yamayka) olacaq. 06:52 Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında son üç cüdoçumuz mübarizəyə qoşulub. Oxu.Az-ın xəbərinə görə, Kənan Abdullaxanlı (-100 kq) Şərif Xəlilova (Özbəkistan) uduzub. O, 1/8 finalda uduzduğundan, mübarizəni dayandıraraq medalsız qalıb. Ən ağır çəkili cüdoçumuz, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+100 kq) isə Cək Hocsona (Böyük Britaniya) Golden Score-da vaza-ari xalı ilə qalib gəlib. O, 1/4 finala vəsiqə qazanıb. Qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) da mübarizəyə inamla start verib. O, Anastasiya Qarnikə (Ukrayna) ipponla qalib gəlib. Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk iki gündə beş qızıl və bir bürünc medal qazanıb. Səbuhi Musayev Вернуться назад |