Главная > İdman > Mançester derbisində iki qol

Mançester derbisində iki qol


6-11-2021, 23:21. Разместил: admin
Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında XI turun mərkəzi qarşılaşması keçirilib.

“Qafqazinfo” xəbər verir ki, prinsipial oyunda "Mançester Yunayted" klubu "Mançester Siti"ni qəbul edib.

"Old Trafford"da keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hər iki qol ilk hissədə vurulub. Matçın yeddinci dəqiqəsində Erik Bayi topu öz qapısından keçirib. Görüşün 45-ci dəqiqəsində isə Bernardu Silva matçda yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 23-ə çatdıran "şəhərlilər" ikinci pilləyə yüksəlib. On yeddi xalı olan "qırmızı şeytanlar" isə beşinci sırada qalıb.
Вернуться назад