Главная > İdman > Sulşer “Mançester Yunayted”dən getdi

Sulşer “Mançester Yunayted”dən getdi


21-11-2021, 19:32. Разместил: admin
Norveçli Ule-Qunnar Sulşer “Mançester Yunayted” futbol klubunun baş məşqçisi vəzifəsindən gedib.

“Azadsəs.az” xəbər verir ki, bu barədə İngiltərə komandasının mətbuat xidməti məlumat yayıb. Qarşıdakı oyunlarda komandaya Maykl Karrik rəhbərlik edəcək.

Qeyd edək ki, 48 yaşlı Sulşer 2018-ci ilin dekabrından “Mançester Yunayted”ə rəhbərlik edirdi. Şənbə günü İngiltərə çempionatının 12-ci turunda “Mançester Yunayted” səfərdə “Uotford”a böyük hesabla - 1:4 hesabı ilə məğlub olub. Bu isə komandanın İngiltərə Premyer Liqasının son beş oyununda dördüncü məğlubiyyəti olub.
Вернуться назад