Главная > İdman > “Keşlə” “Qaradağ Lökbatan”a, “Sabah” “Kəpəz”ə qarşı

“Keşlə” “Qaradağ Lökbatan”a, “Sabah” “Kəpəz”ə qarşı


11-12-2021, 12:30. Разместил: admin
Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

“Azadsəs.az” xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

“Keşlə” “Qaradağ Lökbatan”la, “Sabah” “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək.
Xatırladaq ki, ilk oyun günündə “Səbail” səfərdə “Zaqatala”ya 3:1, “Qəbələ” isə MOİK-ə 2:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Azərbaycan kuboku
1/8 final
11 dekabr

Keşlə – Qaradağ Lökbatan
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev.
Bakı. “ASK Arena”. Saat 15:00.

Sabah – Kəpəz
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov.
Masazır. Bank Respublika Arena. Saat 18:00.
Вернуться назад