Главная > İdman > Vüqar Həşimov xatirə turnirində şahmatçılar blits növündə yarışacaqlar

Vüqar Həşimov xatirə turnirində şahmatçılar blits növündə yarışacaqlar


22-12-2021, 11:37. Разместил: admin
Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar baş tutacaq.

“Azadsəs.az” xəbər verir ki, şahmatçılar yarışın son iki günündə blits növündə mübarizə aparacaqlar.

Bu gün ümumilikdə 7 tur oynanılacaq:

1-ci tur

David Navara (Çexiya) - Şəhriyar Məmmədyarov

Vişvanatan Anand (Hindistan) - Rauf Məmmədov

Fabiano Karuana (ABŞ) - Vüqar Əsədli

Sergey Karyakin (Rusiya) - Riçard Rapport (Macarıstan)
Вернуться назад