Главная > İdman > Bu gün ilin ilk “El Klasiko”su Səudiyyə Ərəbistanında olacaq
Bu gün ilin ilk “El Klasiko”su Səudiyyə Ərəbistanında olacaq12-01-2022, 16:27. Разместил: admin |
![]() "Azadsəs.az" xəbər verir ki, Super Kubok dörd komandanın iştirakı ilə baş tutacaq. İlk yarımfinal oyununda “El Klasiko” keçiriləcək. Madrid “Real”ı Kral Fəhd adına Stadionda “Barselona” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Barselona”da Martin Breytveyt, Yusuf Dəmir, Erik Qarsiya, Serxi Roberto və Mussa Vaqe, “Kral klubu”nda isə Qaret Beyl ilə Mariano Dias oynaya bilməyəcək. Cütün qalibi sabah keçiriləcək “Atletiko” (Madrid) – “Atletik” (Bilbao) qarşılaşmasının qalibi ilə görüşəcək. Final isə yanvarın 16-da baş tutacaq. Qeyd edək ki, Super Kubok oyunları ilk dəfə İspaniyadan kənarda olacaq. Bütün matçlar Səudiyyə Ərəbistanında keçiriləcək. Вернуться назад |