Главная > İdman > “McLaren” yeni “Formula 1” bolidini nümayiş etdirdi - FOTO

“McLaren” yeni “Formula 1” bolidini nümayiş etdirdi - FOTO


14-02-2022, 14:12. Разместил: admin
“McLaren” yeni “Formula 1” bolidini nümayiş etdirib.

Təqdimat komandanın Böyük Britaniyadakı mənzil-qərargahında baş tutub.

Məşhur idman avtomobili istehsalçısı və onun yarış bölməsinin yerləşdiyi Uokinqdə brendin təmsil olunduğu bir neçə çempionat üçün avtomobillərin premyerası keçirilib.

F1 bolidi ilə yanaşı, “Amerika IndyCar Series” və “Extreme E” elektrik yolsuzluq avtomobilləri yarış turniri üçün hazırlanmış nümunələr də təqdim edilib.

Təqdimat mərasimində “Formula 1” pilotları - avstraliyalı Daniel Rikkardo və britaniyalı Lando Norris də iştirak ediblər.




Вернуться назад