Главная > İdman > Bakıda güləş üzrə Avropa çempionatı keçiriləcək
Bakıda güləş üzrə Avropa çempionatı keçiriləcək3-03-2022, 13:22. Разместил: admin |
2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatı Bakıda keçiriləcək. “Azadsəs.az” xəbər verir ki, bu barədə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclasında qərar qəbul olunub. UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda yunan-Roma güləşi üzrə Dünya Kubokunun da Azərbaycanda təşkil olunacağı rəsmiləşib. Turnir 5 - 6 noyabrda gerçəkləşəcək. 2023-cü ildə il böyüklər arasında baş tutacaq Avropa çempionatının təşkilatçılığı isə Xorvatiyanın paytaxtı Zaqrebə həvalə olunub. Вернуться назад |