Главная > İdman > Rafael Fiziyev adaşı ilə döyüşəcək

Rafael Fiziyev adaşı ilə döyüşəcək


5-05-2022, 17:39. Разместил: admin
Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyevin növbəti döyüşdəki rəqibi bilinib.

Azadsəs.az xəbər verir ki, o, iyulun 9-da braziliyalı adaşı Rafael dos Anjosla qarşılaşacaq.

Artıq hər iki tərəf bu döyüşə razılıq verib. UFC-nin yaxın günlərdə bu döyüş cütlüyünü açıqlayacağı gözlənilir.

Qeyd edək ki, tərəflər arasında döyüş ilin əvvəlində baş tutmalı idi. Lakin Rafael Fiziyev “Omikron”a yoluxduğundan görüş alınmamışdı.
Вернуться назад