Главная > İdman / Manset > Bakıdakı Dünya Kubokunda atıcılıq qaydalarına sınaq dəyişikliklər ediləcək

Bakıdakı Dünya Kubokunda atıcılıq qaydalarına sınaq dəyişikliklər ediləcək


18-05-2022, 10:16. Разместил: admin
Beynəlxalq Atıcılıq İdmanı Federasiyası İtaliyanın Lonato şəhərində keçirilən Dünya Kubokundan sonra ov tüfəngi üzrə mövcud qaydaların optimallaşdırılması ilə bağlı bir neçə təklif alıb.

Azadsəs.az -ın xəbərinə görə, təkliflərin məqsədi yarışları bütün iştirakçılar üçün daha ədalətli və aydın, tamaşaçılar üçün cəlbedici etməkdir.

Xüsusilə, VAR, Heyətlərin Püşkatması və Marker Lenti qaydaları diqqətdədir.

Təklif olunan düzəlişlər Dünya Kubokunun təşkilatçıları ilə razılaşdırıldıqdan sonra Azərbaycanın paytaxtında sınaqdan keçiriləcək. Sınaqların nəticəsindən asılı olaraq, 2024-cü il Paris Olimpiya Oyunları başlamazdan əvvəl müvafiq qaydalara dəyişikliklər edilə bilər.
Вернуться назад