Главная > İdman / Manset > Vüsal İsgəndərli: “Dollar qalxdığı üçün Türkiyədə qalmağım onlara sərf etmədi”

Vüsal İsgəndərli: “Dollar qalxdığı üçün Türkiyədə qalmağım onlara sərf etmədi”


2-06-2022, 12:19. Разместил: admin
“Ankara Keçiörəngücü”də mənim müqaviləmdə maaşım dollarla göstərilmişdi”.

Bunu Oxu.Az-a azərbaycanlı futbolçu Vüsal İsgəndərli deyib.

Ötən mövsümü Türkiyənin I divizionunda çıxış edən “Ankara Keçiörəngücü” klubunda keçirmiş Vüsal oradan ayrılmasının səbəbini açıqlayıb:

“Türkiyədə devalvasiya olduğu üçün dolların dəyəri qalxdı. Bununla belə, pulumu verirdilər. Sadəcə, növbəti mövsüm üçün bu maaşı verməyə razı olmadılar. Çünki bağladığım müqavilə ilə maaşım üçqat artıq olmuşdu, növbəti mövsümə dördqat olacaqdı. Bu da onlara sərf etmirdi. Maaşımı azaltmağı təklif etdilər. Bu məsələdə razılaşmadıq deyə, sona dörd tur qalmış klubdan ayrıldım”.

26 yaşlı futbolçu növbəti mövsümü Azərbaycanda oynaya biləcəyini bildirib:

“Azərbaycanda artıq ilkin razılıq əldə etdiyim klub var. Sadəcə, Türkiyədən bir həftə ərzində təklif gözləyəcəm. Oradan real təklif olsa, qayıdacağam. Əks halda, yeni mövsümdən Azərbaycanda çıxış edəcəyəm”.

Qeyd edək ki, Vüsal İsgəndərli ötən yay “Ankara Keçiörəngücü” klubu ilə üç illik müqavilə imzalayıb. Hücumçu olan Vüsal bu komandada keçirdiyi 23 matçda cəmi dörd qol vura bilib.
Вернуться назад