Главная > İdman / Manset > Minifutbol üzrə növbəti Avropa çempionatı Azərbaycanda keçirilə bilər
Minifutbol üzrə növbəti Avropa çempionatı Azərbaycanda keçirilə bilər15-06-2022, 21:14. Разместил: admin |
Minifutbol üzrə 2024-cü ilə Avropa çempionatı Azərbaycanda keçirilə bilər. “Report” xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Elşad Quliyev açıqlama verib. O bildirib ki, artıq bu məsələ ilə bağlı rəsmi müraciət olunub: "Hələ Avropa çempionatından öncə təklifimizi irəli sürmüşük. Növbəti turniri Azərbaycana salmaq fikirləri var idi. Amma yeganə namizəd bizim ölkə deyil". Mütəxəssisin sözlərinə görə, 2024-cü il Avropa çempionatı Bakıda təşkil edilsə, yaxşı olar: "Azarkeşlərimiz orada necə səviyyəli futbolçuların çıxış etdiyini görərdi. Biz verilsə, sevinərdim. Çox möhtəşəm turnirdir". Вернуться назад |