Главная > İdman / Manset > İddiaçılar Turniri: Teymur Rəcəbov rusiyalı şahmatçı ilə qarşılaşacaq
İddiaçılar Turniri: Teymur Rəcəbov rusiyalı şahmatçı ilə qarşılaşacaq19-06-2022, 12:52. Разместил: admin |
![]() 35 yaşlı qrossmeyster III turda ağ fiqurlarla FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaq. İlk turda Fransa təmsilçisi Alireza Firuzca ilə heç-heçə edən Rəcəbov növbəti raundda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. O, hazırda 0,5 xalla çinli Dinq Lirenlə birlikdə son iki pilləni - 7-8-ci yerləri bölüşdürür. Nepomnyaşi ilə 1,5 xalla ikincidir. Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. İddiaçılar Turniri III tur Teymur Rəcəbov (Azərbaycan) - Yan Nepomnyaşi (FIDE) Dinq Liren (Çin) - Rixart Rapport (Rumıniya) Fabiano Karuana (ABŞ) - Yan-Kşiştof Duda (Polşa) Alireza Firuzca (Fransa) - Hikaru Nakamura (ABŞ) Вернуться назад |