Главная > İdman / Manset > Rafael Fiziyev UFC-də qalib gələrək 50 min dollar qazandı

Rafael Fiziyev UFC-də qalib gələrək 50 min dollar qazandı


10-07-2022, 13:38. Разместил: admin
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC-də növbəti qələbəsini qazanıb.

29 yaşlı idmançı ilk dəfə olaraq Azərbaycan bayrağı altında çıxış edib.

Onun rəqibi braziliyalı adaşı Rafael Dos Anjos olub.

R.Fiziyev onu 5-ci raundda nakautla məğlub edib.

Bu Rafaelin UFC-də 6-cı qələbəsidir.

Döyüşdən sonra R.Fiziyev burnunun sındığı haqda paylaşım edib.

“Mənim burnum sındı. Lakin həkim yanına cibimdə 50 min dollarla gedəcəyəm”, - deyə döyüşçü bildirib.
Вернуться назад