Главная > İdman / Manset > Konfrans Liqası: “Neftçi” bu gün Avstriyada cavab oyununa çıxacaq
Konfrans Liqası: “Neftçi” bu gün Avstriyada cavab oyununa çıxacaq11-08-2022, 10:14. Разместил: admin |
“Neftçi” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Oxu.Az-ın məlumatına görə, “ağ-qaralar” Avstriyada “Rapid” (Vyana) klubunun qonağı olacaq. “Allianz” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Meydan sahiblərində serbiyalı müdafiəçi Aleksa Peyiç cəzalı olduğu üçün matçı buraxacaq. “Neftçi”də isə itki yoxdur. Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) - “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməyib - 1:1. UEFA Konfrans Liqası III təsnifat mərhələsi, cavab oyunu 11 avqust 22:30. “Rapid” (Vyana, Avstriya) - “Neftçi” (Azərbaycan) Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç) Vyana, “Allianz” stadionu Вернуться назад |