Главная > İdman > Bu gün “Qarabağ” “Şamaxı”nı, “Səbail” “Kəpəz”i qəbul edəcək
Bu gün “Qarabağ” “Şamaxı”nı, “Səbail” “Kəpəz”i qəbul edəcək27-08-2022, 11:15. Разместил: admin |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək. “Report”un məlumatına gərə, günün ilk matçında “Səbail” “Kəpəz”i qəbul edəcək. Hazırda “dənizçilər” 1 xalla 8-ci, üç qarşılaşmanın hamısında uduzan Gəncə təmsilçisi sonuncu - 10-cu pillədə qərarlaşıb. Komandalar indiyədək çempionatda dörd dəfə üz-üzə gəliblər. Bunların 2-də paytaxt klubu, 1-də “Kəpəz” meydanı üç xalla tərk edib. Topların nisbətində də “Səbail” üstündür - 6:5. Günün ikinci görüşündə son çempion “Qarabağ” “Şamaxı”nı qəbul edəcək. Rəqiblərindən bir oyun az keçirən “köhlən atlar” altı xalla 3-cü qonaqlar isə bir xalla 9-cu pillədə yer alıb. Bu, komandaların yerli çempionatda 71-ci oyunu olacaq. Əvvəlki qarşılaşmaların 33-də Ağdam klubu, 13-də qonaqlar qələbə qazanıb. Topların nisbətində də meydan sahiblərinin aşkar üstünlüyü var - 95:43. Azərbaycan Premyer Liqası IV tur 27 avqust (şənbə) 18:00. “Səbail” – “Kəpəz” Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov Hakim-inspektor: Ömər Paşayev “ASCO Arena” 20:30. “Qarabağ” – “Şamaxı” Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov Hakim-inspektor: İmanxan Sultani “Azersun Arena” Qeyd edək ki, turun ilk iki oyununda “Sumqayıt” evdə “Turan Tovuz”la qolsuz heç-heçə edibsə, “Neftçi” “Zirə”yə qalib gəlməyi bacarıb - 2:1. Tura avqustun 28-də keçiriləcək “Qəbələ” - “Sabah” matçı ilə yekun vurulacaq. Вернуться назад |