Главная > İdman / Manset > Bakıda keçirilən Premyer Liqa yarışını Azərbaycan üç qızıl və üç bürünc medalla başa vurub – YENİLƏNİB

Bakıda keçirilən Premyer Liqa yarışını Azərbaycan üç qızıl və üç bürünc medalla başa vurub – YENİLƏNİB


4-09-2022, 20:33. Разместил: admin
Bakıda keçirilən Premyer Liqa yarışını Azərbaycan üç qızıl və üç bürünc medalla başa vurub.

“Report”un xəbərinə görə, Asiman Qurbanlı (+84 kq) Taha Mahmuda (Misir) 2:1 qalib gələrək qızıl medal qazanıb.

68 kq çəki dərəcəsində yarışan dünya çempionu İrina Zaretskaya isə 2019-cu ildə Minskdə keçirilmiş II Avropa Oyunlarının finalında uduzduğu Silvia Semerarodan (İtaliya) üstün olub.

5:5 bitən görüşdə qələbə Zaretskayaya verilib.

Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq Premyer Liqada ən yaxşı nəticəsini göstərib. Əminağa Quliyev, Asiman Qurbanlı və İrina Zaretskaya qızıl, Tural Ağalarzadə, Turqut Həsənov və Murad Hacızadə bürünc medalla yarışı tamamlayıblar.

16:33

Bakıda keçirilən karate üzrə Premyer Liqa yarışında Azərbaycan ilk qızıl medalını qazanıb.

“Report”un xəbərinə görə, 60 kq çəki dərəcəsində yarışan Əminağa Quliyev misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5.

Bu, Quliyevin karyerasında qazandığı ilk Premyer Liqa yarışıdır.

Qeyd edək ki, bu gün İrina Zaretskaya (68 kq) və Asiman Qurbanlı (+84 kq) final döyüşlərinə çıxacaqlar.

16:18

Azərbaycan təmsilçiləri Bakıda keçirilən Karate1 Premyer Liqa turnirində daha iki medala sahib olublar.

AZƏRTAC xəbər verir ki, turnirdə 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Turqut Həsənov üçüncü yer uğrunda görüşdə iranlı Zabiola Purşabı məğlub edib.

Digər təmsilçimiz Murad Hacızadənin (+84 kq) rəqibi Gürcüstan idmançısı Qoqita Arkaniya zədəli olduğu üçün görüşə çıxmayıb və karateçimiz bürünc medal əldə edib.

Daha əvvəl millimizin üzvü Tural Ağalarzadə (67 kq) yarışı üçüncü pillədə başa vurmuşdu.

Yığmamızın 3 üzvü bu gün qızıl medal uğrunda yarışacaq. Belə ki, Əminağa Quliyev (60 kq) misirli Karim Abueita, İrina Zaretska (68 kq) İtaliya karateçisi Silviya Semeraro, Asiman Qurbanlı (+84 kq) isə Mahmud Taha (Misir) ilə qarşılaşacaq.

Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.

Bakıda Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turniri ilk dəfədir keçirilir. Turnirin iştirakçıları arasında Olimpiya, dünya və qitə çempionları və mükafatçıları var. Turnir kişi və qadın kumiteçilərin hər birində 5 olmaqla, 10 çəki dərəcəsi üzrə, eləcə də kişi və qadın kataçılar arasında keçirilir. 12 kateqoriyanın hər birində 32 idmançı mübarizə aparır. Onlar əsasən dünya reytinq cədvəlinin ilk 32 pilləsini tutan karateçilərdir.
Вернуться назад