Главная > İdman > İrəvanda olan federasiya rəsmisi: “Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”
İrəvanda olan federasiya rəsmisi: “Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”15-04-2023, 15:12. Разместил: azadses |
“Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir”. Bunu “Report”a açıqlamasında Azərbaycan Ağır Atletika Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Kənan Məstəliyev deyib. Hazırda İrəvanda olan federasiya rəsmisi bildirib ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması səbəbindən yarışdan imtina edilib: “Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının Vətənə qayıtması barədə qərar qəbul edilib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin bu barədə birgə bəyanatı var. Biz də bu bəyanata uyğun addımlar atırıq. Komandamız Azərbaycana qayıdır. Ermənistan komandamızın təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir. Hazırda bu istiqamətdə addımlar atılır”. Вернуться назад |