Главная > İdman > Neymar yayda PSJ-dən ayrılmaq istəyir

Neymar yayda PSJ-dən ayrılmaq istəyir


8-05-2023, 17:28. Разместил: azadses
Braziliya millisinin futbolçusu Neymar Fransanın PSJ klubundan ayrılmaq istəyir.

"Report" "Telefoot" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu yayda Paris təmsilçisi ilə vidalaşmaq niyyətindədir.

Daha əvvəl ölkə çempionunun azarkeşləri klubun ofisinin yaxınlığında etiraz aksiyası keçirərək Lionel Messi, Marko Verratti və Neymarın komandadan göndərilməsini tələb ediblər. Hətta fanatların bəziləri braziliyalı oyunçunun evinə də gedib.

Qeyd edək ki, Neymar 2017-ci ildə İspaniya "Barselona"sından PSJ-yə keçib.


Вернуться назад