Главная > İdman > Macarıstanlı futbolçu: “Qarabağ”la rəqabət aparmaq üçün yaxşı formada olmalısan”

Macarıstanlı futbolçu: “Qarabağ”la rəqabət aparmaq üçün yaxşı formada olmalısan”


29-06-2023, 16:29. Разместил: azadses
“Qarabağ” kimi komanda ilə rəqabət aparmaq üçün yaxşı formada olmalısan”.

“Report”un məlumatına görə, bunu Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Norbert Kajan “Qarabağ”la keçirilən yoxlama görüşü barədə danışarkən deyib.

19 yaşlı müdafiəçi Azərbaycan çempionunu əvvəlki rəqiblərindən fərqləndirib: “Qarabağ” əla bacarıqlı oyunçularla dolu beynəlxalq səviyyəli komandadır. “Qarabağ”ın əvvəlki yoxlama görüşlərində üz-üzə gəldiyimiz komandalarla fərqi böyük idi. Gənclər məhz belə görüşlərdə inkişaf edir, irəli doğru addımlayırlar”.

Macarıstanın U-19 yığmasının üzvü matç zamanı bir çox çətinliklərlə üzləşdiyini etiraf edib: “Qarabağ”la oyundan əvvəl gərgin idim. Çünki yüksək səviyyəli rəqiblə qarşılaşacağımızı bilirdim. Epizodlar zamanı qərar qəbul etməkdə çətinlik çəkirdim. Belə komandaya qarşı görüşdə təkbətək vəziyyətdə beynində şübhə varsa, rəqibi aldada bilməyəcəksən. Çünki “Qarabağ”ın heyəti güclü futbolçulardan təşkil olunub”.

Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” oyunu 3:3 hesabı ilə yekunlaşıb.


Вернуться назад