Главная > İdman > UEFA Çempionlar Liqası matçında baş verən iğtişaşları araşdırır

UEFA Çempionlar Liqası matçında baş verən iğtişaşları araşdırır


14-07-2023, 11:45. Разместил: azadses
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Maltanın “Hamrun Spartans”ı ilə İsrailin Hayfanın “Makkabi” komandaları arasında keçirilən oyunda baş verən iğtişaşları araşdırır.

“Report”un məlumatına görə, hər iki klubun azarkeşləri iğtişaşlar törətməkdə və meydançaya əşyalar atmaqda ittiham olunurlar.

Belə ki, “Hamrun Spartans”ın azarkeşləri pirotexniki vasitələri yandıraraq, stadiona maddi ziyan vurublar.

UEFA qurumun nəzarət, etika və nizam-intizam orqanlarının məsələ ilə bağlı vaxtında qərar verəcəyini bildirib.

İyulun 11-də baş tutan görüş 4:0 hesabı ilə “Makkabi”nin xeyrinə başa çatıb.


Вернуться назад