Главная > İdman > “Jelezniçar” – “Neftçi” oyununun biletləri bitib

“Jelezniçar” – “Neftçi” oyununun biletləri bitib


25-07-2023, 12:00. Разместил: azadses
“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçirəcəyi səfər oyununun biletləri bitib.

“Report”un “klix.ba” nəşrinə istinadən məlumatına görə, “Qrbavitsa” stadionunda keçiriləcək görüş üçün bütün biletlər iki gün ərzində satılıb.

Bu isə o deməkdir ki, Sarayevodakı təxminən 13 000 tamaşaçı tutumuna malik arenada qarşılaşma zamanı anşlaq olacaq.

Qeyd edək ki, iyulun 27-də oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Вернуться назад