Главная > İdman > Azərbaycan millisinin futbolçusu "Kəpəz"ə keçməsinin səbəbini açıqlayıb

Azərbaycan millisinin futbolçusu "Kəpəz"ə keçməsinin səbəbini açıqlayıb


29-07-2023, 18:33. Разместил: azadses
Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadənin "Kəpəz"ə keçməsinin səbəbi bəlli olub.

"Report"un məlumatına görə, bu barədə 31 yaşlı müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda bir neçə komandadan təklif alsa da, Gəncə təmsilçisinə sonda keçməyə qərar verib: "Düşündüm ki, mənim üçün ən yaxşı yer məhz "Kəpəz"dir. Ona görə də bu komandanı seçdim".

Təcrübəli oyunçu yeni komandasına tez uyğunlaşmaq istədiyini söyləyib: "Yaxşı kollektiv qurulub, hamı bir-birilə mehribandır. Komandaya xeyir vermək üçün əlimdən gələni edəcəyəm".

Həsənalızadə "Kəpəz" azarkeşlərindən də söz açıb: "Onlar sayılıb-seçilən fanatlardır. Hər oyunda kifayət qədər tərəfdar olur. Stadionda yaxşı atmosfer yaradırlar. Onları sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq.Ümid edirəm ki, bu mövsüm daha yaxşı nəticələr qazanacağıq".

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə "Kəpəz"lə 1 illik müqavilə imzalayıb.
Вернуться назад