Главная > İdman > Dünya Kuboku: bu gün mükafatçılar müəyyənləşəcək

Dünya Kuboku: bu gün mükafatçılar müəyyənləşəcək


24-08-2023, 10:11. Разместил: azadses
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün mükafatçılar müəyyənləşəcək.

“Report”un məlumatına görə, çempionluq və üçüncü yer uğrunda mübarizə aparan qrossmeysterlər tay-brekdə güclərini sınayacaqlar.

Bürünc medala iddia edən Azərbaycan təmsilçisi Nicat Abasov Fabiano Karuana (ABŞ) ilə qarşılaşacaq. Şahmatçılar ilk iki klassik partiyada hərəyə bir qələbə qazanıblar.

Finalda isə hindistanlı Rameşbabu Praqqnanandha beşqat dünya çempionu olan norveçli Maqnus Karlsen ilə qarşılaşacaq. Qrossmeysterlərin hər iki klassik oyununda bərabərlik qeydə alınıb.

Həlledici görüşlərdən sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.

Qeyd edək ki, Dünya Kubokunu ilk üç pillədə başa vuran şahmatçılar, həmçinin, İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.


Вернуться назад