Главная > İdman > Premyer Liqa: I dövrənin son turunda lider ev oyununa çıxacaq

Premyer Liqa: I dövrənin son turunda lider ev oyununa çıxacaq


6-10-2023, 16:07. Разместил: azadses
Azərbaycan Premyer Liqasında IX tura bu gün start veriləcək.

“Report”un məlumatına görə, ilk gündə bir oyun keçiriləcək.

Birinci dövrənin son turunda lider “Zirə” ev matçına çıxacaq. Rəşad Sadıqovun komandası mövsümə heç də uğursuz başlanğıc etməyən “Turan Tovuz”u qəbul edəcək.

Bakılılar hazırda 16 xalla turnir cədvəlinə başçılıq edirlərsə, 6-cı pillədəki Tovuz təmsilçisinin hesabında 11 xal var.

Qeyd edək ki, turun “Qəbələ” – “Səbail”, “Sabah” – “Araz-Naxçıvan” görüşləri oktyabrın 7-də, “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” qarşılaşmaları isə 8-də keçiriləcək.

Premyer Liqa
IX tur
6 oktyabr

18:00. “Zirə” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Zirə İdman Kompleksinin stadionu

N

Klublar

O

Q

H

M

T-F

X

1

Zirə

8

5

1

2

7-4

16

2

Qarabağ

8

5

1

2

16-6

16

3

Səbail

8

4

2

2

14-11

14

4

Araz-Naxçıvan

8

4

1

3

8-8

13

5

Neftçi

8

3

3

2

7-5

12

6

Turan Tovuz

8

3

2

3

11-9

11

7

Sumqayıt

7

2

2

3

7-10

8

8

Qəbələ

8

2

1

5

6-15

7

9

Sabah

7

1

3

3

10-11

6

10

Kəpəz

8

1

2

5

5-12

5

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) - 5, Aleksandr Ramalinqom (“Səbail”) - 4.


Вернуться назад