Главная > İdman > “Mançester Yunayted” keçmiş qapıçısını qaytarmağı planlaşdırır

“Mançester Yunayted” keçmiş qapıçısını qaytarmağı planlaşdırır


26-10-2023, 20:09. Разместил: azadses
İngiltərənin “Mançester Yunayted” klubu keçmiş qapıçısı David de Xeanı qaytarmağı planlaşdırır.

“Report” “The Sun”a istinadən xəbər verir ki, “mankunianlar” Andre Onananın Afrika Kubokuna yollanacağını nəzərə alaraq, 32 yaşlı ispaniyalı ilə qısamüddətli müqavilə imzalamağı düşünür.

Qeyd edək ki, David de Xeanın "Mançester Yunayted" ilə müqaviləsinin müddəti bu yay başa çatıb. Həmin vaxtdan azad agent olan qolkiper 2011-ci ildən komandanın formasını geyinib. O, 545 oyunda 590 qol buraxıb, 190 matçda isə qapısının toxunulmazlığını təmin edib.


Вернуться назад