Главная > İdman > Premyer Liqa: Mövsümün tamaşaçı rekordu qeydə alınıb

Premyer Liqa: Mövsümün tamaşaçı rekordu qeydə alınıb


30-10-2023, 10:28. Разместил: azadses
Azərbaycan Premyer Liqasının XI turunda 2023/2024 mövsümünün tamaşaçı rekordu qeydə alınıb.

“Report”un məlumatına görə, bunun üçün 4 oyunun keçirilməsi kifayət edib.

Belə ki, turun geridə qalan matçlarına ümumilikdə 11 750 azarkeş toplaşıb. Bu isə cari mövsümün ən yüksək göstəricisidir. Buna qədər rekord VI tura məxsus idi - 10 950 nəfər.

XI turun “Turan Tovuz” – “Kəpəz” oyununda 5000, “Neftçi” – “Sabah” matçında 4600, “Sumqayıt” – “Qəbələ” görüşündə 1350, “Zirə” - “Səbail” qarşılaşmasında isə 800 azarkeş olub.

Qeyd edək ki, turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunu bu gün keçiriləcək.


Вернуться назад