Главная > İdman > Azərbaycan güləşçisi: “Finalda qələbəni rəqibə hədiyyə etdim”

Azərbaycan güləşçisi: “Finalda qələbəni rəqibə hədiyyə etdim”


31-10-2023, 19:41. Разместил: azadses
“Finalda qələbəni rəqibə hədiyyə etdim”.

“Report” xəbər verir ki, bunu yunan-Roma güləşçisi Xasay Həsənli (77 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23-lər arasında dünya çempionatında gümüş medal qazanması barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, həlledici görüşü yaxşı keçirməsinə baxmayaraq, səhvə yol verdiyini bildirib: “Yarış mənim üçün uğurlu keçdi. Yaxşı hazırlaşmışdıq. Finala qədər inamlı qələbələr qazandım. Finalda da özümü yaxşı hiss edirdim. U-23 Avropa çempionatının finalında da Aleksandrin Qutuyla qarşılaşmışdım. Əvəz çıxmaq istəyirdim. Bu dəfə Moldova idmançısına qarşı daha yaxşı güləşdim. Üçüncü parter zamanı rəqibi sinəmə qaldırdım, ancaq ata bilmədim. Bu da fiziki gücümün zəif olmasından irəli gəlir”.

X.Həsənli qazandığı medalı qardaşına həsr edib: “Bu çatışmazlığı aradan qaldırıb, daha böyük arenalarda qələbələr qazanmağa çalışacağam. Üzərimdə əziyyəti olan həm şəxsi məşqçimə, həm də bütün yığma məşqçilərinə təşəkkürümü bildirirəm. Medalımı qardaşıma həsr edirəm”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatını 1 gümüş, 3 bürünc medalla başa vurub.


Вернуться назад