Главная > İdman > AVRO-2024: Emin Mahmudovun İsveçə vurduğu qol seçmə mərhələnin ən yaxşısı adına namizəddir

AVRO-2024: Emin Mahmudovun İsveçə vurduğu qol seçmə mərhələnin ən yaxşısı adına namizəddir


27-11-2023, 17:09. Разместил: azadses
UEFA AVRO-2024-ün seçmə mərhələsində ən yaxşı qolu müəyyənləşdirmək üçün səsverməyə start verib.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin futbolçusu Emin Mahmudovun dəqiq zərbəsi də yer alıb.

31 yaşlı yarımmüdafiəçinin Bakıda İsveçə uzaq məsafədən vurduğu qol siyahıya düşüb. Həmin qarşılaşmada yığmamız 3:0 hesablı qələbəyə sevinib.

Mahmudovla yanaşı, albaniyalı Kristian Aslani ilə Yasir Asani, ingiltərəli Bukayo Saka, sloveniyalı Yan Vipotnik, qazaxıstanlı Asxat Taqlbergen, fransalı Kilian Mbappe, belçikalı Leandro Trossard, lixtenşteynli Sandro Volfinger və türkiyəli Yunus Akgün də namizəddir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermədən sonra bəlli olacaq. Emin Mahmudovun qolu IX turda ən yaxşı adına layiq görülüb.


Вернуться назад