Главная > İdman > Minifutbol çempionatı: “Zirə” ardıcıl 10-cu qələbəsini qazanıb

Minifutbol çempionatı: “Zirə” ardıcıl 10-cu qələbəsini qazanıb


15-02-2024, 10:30. Разместил: azadses
Minifutbol üzrə Azərbaycan çempionatında X tura yekun vurulub.

“Report”un məlumatına görə, ikinci gündə daha 4 oyun keçirilib.

Lider “Zirə” ardıcıl 10-cu qələbəsini qazanıb. Komanda bu dəfə “Abşeron”u 3 cavabsız qolla məğlub edib.

“Zirə”nin ən yaxın izləyiciləri “Birbaşa Bakı” ilə “Odlar Yurdu”nun duelindən birincilər qalib ayrılaraq, ikinci pilləyə yüksəliblər.

Azərbaycan çempionatı

X tur

“Abşeron” – “Zirə” 0:3

“İnter” – “Real Bakı” 3:3

“Birbaşa Bakı” – “Odlar Yurdu” 4:1

“Dirçəliş” – “Veteran” 1:4

Qeyd edək ki, bir gün əvvəl keçirilən oyunlarda “Turan” “Dinamo Gəncə”yə (4:3), “Aznur” “Baku Fire”yə (4:3), “Sumqayıt” “Atəşgah Suraxanı”ya (8:2) qalib gəlib, “Siyəzən”lə “Galaxy Baku” heç-heçə (2:2) ediblər.


Вернуться назад