Главная > İdman > Obameyanq Avropa Liqasının bombardiri yarışında liderliyi ələ keçirib

Obameyanq Avropa Liqasının bombardiri yarışında liderliyi ələ keçirib


23-02-2024, 13:56. Разместил: azadses
Fransanın “Marsel” klubunun hücumçusu Pyer-Emerik Obameyanq UEFA Avropa Liqasının bombardiri yarışında liderliyi ələ keçirib.

"Report" xəbər verir ki, 34 yaşlı qabonlu futbolçu buna turnirin pley-off mərhələsinin “Şaxtyor”la (Ukrayna) cavab oyununda (3:1) 1 qol vurmaqla nail olub.

Obameyanq üçün bu, Avropa Liqasında 31-ci qol olub. O, bu göstəricidə 30 dəfə fərqlənən kolumbiyalı forvard Radamel Falkaonu qabaqlayıb.

Qeyd edək ki, Pyer-Emerik Obameyanq əvvəllər "Milan", "Monako", "Çelsi", "Arsenal", "Barselona", Dortmund "Borussiya"sı və "Sent-Etyen"də çıxış edib.


Вернуться назад