Главная > İdman > PSJ 16 yaşlı futbolçu üçün 250 milyon avro ödəməyə hazırdır
PSJ 16 yaşlı futbolçu üçün 250 milyon avro ödəməyə hazırdır30-06-2024, 16:30. Разместил: azadses |
Fransanın PSJ komandası 16 yaşlı Lamin Yamal üçün Kataloniya "Barselona"sına 250 milyon avro ödəməyə hazırdır. Məlumata görə, "Barselona" futbolçu ilə ayrılmaq fikridə deyil. Qeyd edək ki, İspaniya çempionatının ötən mövsümündə Yamal "Barselona"nın heyətində 37 oyun keçirib və beş qol vurub. La Liqanın turnir cədvəlində "Barselona" 85 xalla ikinci yeri tutub. "Real Madrid" "Barselona"nı 10 xal qabaqlayaraq İspaniya çempionu olub. "Jirona" 81 xalla üçüncü yeri tutub. Yamal Avropa Çempionatının ən gənc futbolçusu olub. O, AVRO-2024-ün qrup mərhələsinin ilk turunun Xorvatiya ilə oyunu üçün millisinin start heyətinə 16 yaş 338 günlük ikən çıxıb. Əvvəlki rekord son Avropa çempionatında 17 yaş 246 gün oynamış Polşa millisindən Kacper Kozlovskiyə məxsus idi. Mənbə: Gazeta.ru Вернуться назад |