Главная > İdman > Türkiyə yığmasının baş məşqçisi: 90 dəqiqə ərzində Niderland qədər mübarizə apardıq

Türkiyə yığmasının baş məşqçisi: 90 dəqiqə ərzində Niderland qədər mübarizə apardıq


7-07-2024, 08:52. Разместил: azadses
90 dəqiqə ərzində Niderland qədər mübarizə apardıq.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderlanda qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında bildirib.

Mütəxəssis komandanın meydanda can qoyduğunu söyləyib:

"Bacardığımız hər şeyi göstərdik. Çempionatda yaxşı oynadıq. Həmkarlarım və digər peşəkarlar da bizi təbrik etdi. Xeyli gənc oyunçularımız var. İnanılmaz şəkildə canlarını qoydular və onlarla fəxr edirəm. Bu futbolçular sevilməyi haqq edirlər. Bu turnirdən sonra Türkiyə gələcəkdə daha hörmətli görünəcək".

Qeyd edək ki, 1/4 finalda Türkiyə yığması Niderlanda 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.


Вернуться назад