Главная > İdman > KİV XXI əsrdə "Arsenal"ın ən yaxşı futbolçusunun adını açıqlayıb
KİV XXI əsrdə "Arsenal"ın ən yaxşı futbolçusunun adını açıqlayıb2-10-2024, 13:54. Разместил: azadses |
“Goal.com” portalının versiyasına görə, fransız hücumçu Tyer Anri XXI əsrdə Londonun "Arsenal" klubunun ən yaxşı oyunçusu seçilib. “Report” xəbər verir ki, reytinqdə ikinci yeri niderlandlı hücumçu Dennis Berqkamp tutub. Siyahıda üçüncü yerdə isə fransız Patrik Vieyra qərarlaşıb. Dördüncü yeri başqa bir fransız - Robert Pires tutub, ilk beşliyi İsveç hücumçu Fredrik Yunberq qapayıb. Qeyd edək ki, bütün futbolçular 2003/2004-cü illər mövsümündə "Arsenal" da çıxış ediblər və İngiltərə çempionluğunu heç bir məğlubiyyətə uğramadan qazanıblar. Tyer Anri 1999-2007-ci illər arasında "Arsenal" da çıxış edib. Fransa millisinin hücumçusu London klubunda 250-dən çox qol vurub. Anri klubla iki İngiltərə Premyer Liqası titulu da daxil olmaqla yeddi kubok qazanıb. Вернуться назад |