Главная > İdman > UEFA həftənin oyunçusu adına namizədləri açıqladı
UEFA həftənin oyunçusu adına namizədləri açıqladı24-08-2020, 08:38. Разместил: azadses |
![]() "Report"un məlumatına görə, bu ada Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer, yarımmüdafiəçiləri Kinqsli Koman ilə Tiaqu Alkantara və Fransa PSJ-sindən Markinyos iddialıdır. Alkantara həlledici qarşılaşmada 92 faiz dəqiq ötürmə verib, Manuel Noyer isə komandasını 3 dəfə real qoldan xilas edib. Münhen təmsilçisinin qolunu 59-cu dəqiqədə Kinqsli Koman vurub. Markinyos isə 81 faiz dəqiq ötürmə ilə yadda qalıb və 4 dəfə topu rəqibdən alıb. Qeyd edək ki, "Bavariya" finalda PSJ-ni 1:0 hesabı ilə məğlub edərək 6-cı dəfə kubokun qalibi olub. Вернуться назад |