Главная > İdman > "Milan"ın baş məşqçisi istefa verib, komanda digər portuqaliyalı mütəxəssisə tapşırılıb

"Milan"ın baş məşqçisi istefa verib, komanda digər portuqaliyalı mütəxəssisə tapşırılıb


30-12-2024, 10:30. Разместил: azadses
İtaliyanın "Milan" klubunun baş məşqçisi Paulu Fonseka istefa verib.

"Report"un "Football Italia" nəşrinə istinadən məlumatına görə, 51 yaşlı mütəxəssis bu barədə "Roma" ilə heç-heçə (1:1) etdikləri A Seriyasının XVIII turunun oyunundan sonra açıqlamasında bildirib.

P. Fonseka Milan təmsilçisini tərk etdiyini söyləyib: "Mənim vicdanım təmizdir. Çünki əlimdən gələni etdim".

Portuqaliyalı baş məşqçini bu postda həmyerlisi Serjiu Konseysau əvəzləyəcək.

Qeyd edək ki, komanda A Seriyasında 17 matçdan sonra 27 xalla 8-ci pillədə qərarlaşıb. Paulu Fonseka bu ilin iyunundan "Milan"da işləyir.


Вернуться назад