Главная > İdman > Bundesliqa: “Bayer” “Borussiya”nı məğlub edib

Bundesliqa: “Bayer” “Borussiya”nı məğlub edib


Bu gün, 11:20. Разместил: azadses
Almaniyanın futbol üzrə çempionatının - Bundesliqasının XVI turunun Dortmund "Borussiya"sı ilə "Bayer"in qarşılaşdığı oyun başa çatıb.

"Report"un məlumatına görə, komandalar Dortmunddakı eyniadlı stadionunda qarşılaşıblar.

Qarşılaşmanı Tobias Stilerin başçılıq etdiyi hakimlər briqadası idarə edib. "Bayer" 3:2 hesabı ilə qalib gəlib.

Qarşılaşmada hesabı ilk dəqiqədə "Bayer"in yarımmüdafiəçisi Neytan Tella açıb. Səkkizinci dəqiqədə meydan sahiblərinin ikinci qolunu hücumçu Patrik Şik vurub. Dörd dəqiqə sonra “Borussiya”nın hücumçusu Ceymi Bayno-Qittens hesabdakı fərqi azaldıb. On doqquzuncu dəqiqədə Şik dubla imza atıb. Matçın 78-ci dəqiqəsində "Borussiya"nın hücumçusu Seru Qirassi penaltini dəqiq yerinə yetirib.

Bayer 2024/2025-ci illər mövsümündə Almaniya çempionatının turnir cədvəlində ikinci yerdədir. Komanda 16 matçda 35 xal toplayıb. “Borussiya” 25 xalla altıncı yerdədir. Almaniya Bundesliqasının turnir cədvəlinə 36 xalla "Bavariya" başçılıq edir.


Вернуться назад