Главная > İdman > Fransa çempionatında ən çox maaş alan baş məşqçilər açıqlanıb
Fransa çempionatında ən çox maaş alan baş məşqçilər açıqlanıb27-03-2025, 09:41. Разместил: azadses |
Futbol üzrə Fransa çempionatında ən çox maaş alan baş məşqçilər bəlli olub. "Report" xəbər verir ki, siyahını "Lequipe" nəşri tərtib edib. PSJ komandasında işləyən Luis Enrike 1 milyon avro məvaciblə ilk pillədə qərarlaşıb. "Marsel"dən Roberto De Zerbi 550 min avro maaşla ikinci olubsa, "Lion"dan Paulo Fonseka (320 min avro) ilk üçlüyü tamamlayır. Qeyd edək ki, Liqa 1-də 26 turdan sonra PSJ 68 xalla liderdir. Вернуться назад |